Hindistan Prezidenti Prezident İlham Əliyevə təbrik məktub göndərib Siyasət

Hindistan Prezidenti Prezident İlham Əliyevə təbrik məktub göndərib

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Prezident İlham Əliyevə təbrik məktub göndərib.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, hökumətinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".