
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Ərdoğan dönəmində Türkiyə dünyada mövqelərini gücləndirib”. Qardaş Türkiyədə demokratik ab-havada baş tutan seçki cənab Rəcəb Tayyib Ərdoğanın tarixi qələbəsi ilə başa çatdı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında deputat Elşad Mirbəşiroğlu deyib. O qeyd edib ki, bu Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra yeni müstəvidə inkişafına mühüm töhfə verəcək. Millət vəkili həmçinin əlavə edib ki, son 20 ildə Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə güclü mövqeyə sahib olub.