Ermənistan Türkiyə sərhədinə gedən magistralda yeni körpü tikəcək Siyasət

Ermənistan Türkiyə sərhədinə gedən magistralda yeni körpü tikəcək

Ermənistan Türkiyə ilə sərhədə gedən magistralda yeni körpü tikəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Avtomobil Yolları məlumat yayıb.
Bildirilib ki, M3 dövlətlərarası avtomobil yolunun üzərində, Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikəcək. Magistral yol Ermənistan-Türkiyə dövlət sərhədindən başlayar, Marqara, Vanadzor, Taşir ərazilərindən keçərək Gürcüstan sərhədinə qədər davam edir.

Məlumatda o da əlavə olunub ki, hazırda körpü tamamilə sökülüb, yaxın zamanda onun əvəzinə yenisi tikiləcək.