Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya 20 ton yanacaq verildi Siyasət

Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya 20 ton yanacaq verildi

Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq humanitar yardım məqsədilə SOCAR tərəfindən Ukraynaya 20 ton yanacaq təmin edilib.

Qeyd edək ki, ötən gün Azərbaycandan növbəti dəfə Ukraynaya humanitar yardım yola salınıb.

Humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub.

Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir.