Arutyunyanın əli Ermənistandan üzülüb Siyasət

Arutyunyanın əli Ermənistandan üzülüb

Separatçıların lideri Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra “vəzifəsindən” istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistandakı və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona “izah” etdilər ki, indi “istefa” verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, üstündən 3 ilə yaxın müddət keçib, Araik Arutunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu mümkün də deyil, halqa onun üçün daralmaqdadır. Araik Arutunyan qaçmaq istəsə Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər: "Araik Arutunyanın Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi son “güllələridir”. Ermənistandan əli üzülən Arutunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır".

Cavid