Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
18 Sentyabr 2023 13:50
2 415
Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzabını yaşayan dövlətdir.
Trend xəbər verir ki, bunu Serbiya Respublikasının keçmiş xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri Vuk Jeremiç “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda video müraciəti zamanı deyib.
Onun sözlərinə görə, itkin düşən şəxslərin taleyinin araşdırılması ilə əlaqədar bəzi nailiyyətlərə baxmayaraq, məsələ hələ də qaranlıq olaraq qalır.
“Hazırda müharibə nəticəsində, təəssüf ki, Ukraynada itkin düşən insanların sayı 24 minə çatıb və bu sadəcə dəhşətdir”.
V.Jeremiç qeyd edib ki, bu işdə birgə atılan addımlar mümkün nəticənin əldə edilməsi üçün vacib şərtdir.
“Ona görə də bəşəriyyət əleyhinə işlənən cinayətlərə qarşı əməkdaşlıqlarımızı bundan sonra da davam etdirməliyik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
15 Sentyabr 22:46
574
15 Sentyabr 19:06
742
15 Sentyabr 18:54
1 085