İğdır-Naxçıvan qaz kəməri Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək - Rəcəb Tayyib Ərdoğan Siyasət

İğdır-Naxçıvan qaz kəməri Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək - Rəcəb Tayyib Ərdoğan

Naxçıvan tarix boyunca daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycan ilə əlaqələrimizdə xüsusi bir yerə malikdir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

"Naxçıvan bu gün də iqtisadiyyatı, nəqliyyat, enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə bu potensialı tam reallaşdırmaq imkanımız olacaq. Bu münasibətlə təməlini yenicə qoyduğumuz Iğdır-Naxçıvan qaz kəməri Azərbaycanla enerji sahəsində tərəfdaşlığımızı daha da dərinləşdirəcək və eyni zamanda Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək", - deyə R.T.Ərdoğan əlavə edib.