
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Türkiyə Prezidenti cənab Ərdoğanın Naxçıvana səfəri iki müttəfiq ölkə arasında əlaqələrin dərinləşdirilməsindən də çox, məncə, yeni regional reallığın daha da möhkəmləndirilməsinə xidmət edir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev deyib. O, bildirib ki, səfər zamanı Naxçıvanın enerji potensialını artıracaq, eyni zamanda da, onun İrandan gələn qazdan asılılığına son qoyacaq bir sıra anlaşmalar çox önəmlidir: “Eləcə də Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı bu bölgəmiz haqda qara fikirlilərə, yaxud da haylar kimi müəyyən xülyalara qapılanlara göstərdi ki, oradakı əlahiddə ordu heç bir halda zəifləməyəcək, o, hətta uzun vaxt çərçivəsində qarşısına qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində və güçündədir...”.