
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Prezident cənab İlham Əliyevin Naxçıvanda Şərqi Zənəzurda tikintisi gedən və gələn ilin sonunadək təhvil verilməsi gözlənilən dəmir yolunun “Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəyini vurğulaması o deməkdir ki, Naxçıvan - Qars dəmir yolu bir növ Zəngəzur dəhlizinin bunun davamı kimi nəzərdə tutulur və Zəngəzur dəhlizi açılmadan bu, mümkün deyil”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev deyib. O, diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılacağına əminlik olmadan isə tikintisinə yetərincə böyük vəsait sərf edilən və ediləcək dəmir yolu xətlərinin inşasına başlanılmaz, bu haqda niyyət protokolu imzalanmazdı: “Bəli, əminlik var və bu, iki qardaş dövlətin müttəfiqliyinə, liderlərimiz arasında böyük səmimiyyətə, hər iksinin qətiyyətinə dayanır. Son üç ilin olayları göstərdi ki, kimin nə düşünməsindən və necə davranmasından asılı olmayaraq Azərbaycanla Türkiyə qarşılarına qoyduqları bütün birgə hədəflərə çatırlar. Çünki bunun üçün həm gücləri var, həm də atdıqları addımlar beynəlxalq hüquq çərçivəsindədir, regionda sülhün, əmin - amanlığın əldə olunmasına xidmət edir”.