
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Ermənilər ən kritik məqamda belə vahid orqanizm kimi hərəkət edirlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Türküstan” qəzetinin baş redaktyoru Aqil Camal deyib. O bildirib ki, ermənilər bu gün Qarabağdan kütləvi köç kampaniyasına başlayıblar: “Bəzi erməni sakinlər də TV-lərə etiraf edirlər ki, "rəhbər şəxslər" gəlib onlara köçməli olduğunu deyirlər.
Hərbi əməliyyatlar dayanıbsa, Azərbaycan hələ bölgədə vətəndaşlıqla bağlı prosedurlara başlamayıbsa, bir neçə istiqamətdən intensiv şəkildə humanitar yüklərin önü açılıbsa, bu nə kütləvi köçdür?
Məqsəd, yaratdıqları köç ponaramları ilə dünya birliyini, beynəlxalq təşkilatları, böyük dövlətləri Azərbaycanın üstünə qaldırmaq, Azərbaycana qarşı gələcək "etnik təmizləmə" ittihamlarına zəmin hazırlamaqdır.
Təəssüf ki, bir çox azərbaycanlılar bilmədən bu məkrli siyasətin təbliğatçısına çevrilirlər. Ermənilər tərəfindən dronla çəkilmiş köç mənzərələri, ermənilərin Qarabağı tərk edən əhali sayı ilə bağlı elan etdiyi saxta rəqəmlər sosial şəbəkələrdə gen-bol tirajlanır...
Erməniçiliyin son 35 ildə xalqımıza çəkdirdiklərinə görə insanlarımızın emosiyası anlaşılandır. Amma, bir az da siyasət, bir az da erməni hiyləgərliyini görə bilmək lazımdır...”.