Vardanyanın məqsədi Paşinyanı devirmək idi Siyasət

Vardanyanın məqsədi Paşinyanı devirmək idi

Ruben Vardanyanın həbs edilməsi, separatçılara qaçışın olmadığını göstərir. Təəssüf ki, Birinci Qarabağ müharibəsində xalqımıza qarşı hərbi cinayətlər törədən Samvel Babayan həbs olunmadan Laçın NBM keçib. Onun həbsi R. Vardanyan kimi vacib idi.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, növbəti həbslər Arayik Arutunyan, Vitali Balasanyan, Arkadi Qukasyan olmalıdır: "Ruben Vardanyan Ermənistana keçib, etirazlara başçılıq edərək yeni lider obrazında N. Paşinyana qarşı etirazları idarə edəcəkdi. Qarabağdan köçən erməniləri də idarə edib, Yerevan küçələrinə gətirib, hökumətin devrilməsinə çalışacaqdi. Rusiya da R. Vardanyana dəstək verəcəkdir.

R. Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi, bir növ N.Paşinyanın siyasi hakimiyyətinə qarşı təhlükəni aradan götürdü. N.Paşinyan buna görə Azərbaycana minnətdar olaraq sülh müqaviləsinin bağlanmasına getməlidir. Məhz R.Vardanyanın da məqsədi N.Paşinyanı devirib, Ermənistanda hakimiyyətə gəlmək idi. Rusiya onu bu missiya ilə Qarabağa göndərmişdi".

Cavid