“Zəngəzur dəhlizinə hamıdan artıq Ermənistanın ehtiyacı var” Siyasət

“Zəngəzur dəhlizinə hamıdan artıq Ermənistanın ehtiyacı var”

“Zəngəzur dəhlizinə hamıdan artıq Ermənistanın ehtiyacı var. Nə sizin, nə də ermənilərin bu iddiası heç bir məntiqə sığmır”. Xalqcəbhəsi.az xəbər verir ki. bu fikirləri “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili BBC-nin fars xidmətinin Zəngəzurun işğal olunacağı barədə iddiasını cavablandırarkən deyib: “Azərbaycanla Türkiyə Zəngəzurda qolf və ya tennis oynamaq istəmir. Plan budur ki, orada avtobanlar, dəmir yolları, qaz və neft kəmərləri kimi nəhəng infrastruktur layihələri həyata keçirilsin”.