“Azərbaycan separatçıların “rəhbərləri”ni müharibə cinayətkarları kimi saxlayıb” Siyasət

“Azərbaycan separatçıların “rəhbərləri”ni müharibə cinayətkarları kimi saxlayıb”

“Azərbaycan separatçıların “rəhbərləri”ni azərbaycanlılara qarşı etnik təmizləmə ittihamları ilə müharibə cinayətkarları kimi saxlayıb və onları Bakıda məhkəmə qarşısına çıxaracaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili BBC-nin fars xidmətinin Zəngəzurun işğal olunacağı barədə iddiasını cavablandırarkən deyib: “Eyni zamanda rəsmi Bakı hərbi xidmətdə olub, silahlarını könüllü şəkildə təhvil verən erməni əhalisinə amnistiya vermək, Qarabağda qalacaq ermənilərə Azərbaycan vətəndaşlığı təqdim etmək niyyətindədir”.