“Azərbaycan alternativ imkanlarını gündəmə gətirə bilər” Siyasət

“Azərbaycan alternativ imkanlarını gündəmə gətirə bilər”

“Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın planlaşdırılan görüşünə böyük diqqət var. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov səsləndirib. O, bildirib ki, Əliyevin danışıqlarda Paşinyana Azərbaycanın şərtlərinin miqyasını yenidən xatırlatmasında sərhədlərin delimitasiya məsələsi mərkəzi yerlərdən birini tuta bilər: “Çünki delimitasiya, daha korrekt ifadə ilə qeyd etsək, insidentsiz delimitasiya, regionun təhlükəsizliyi və sülh mühitinin sağalması baxımından önəmlidir.
Hərçənd ki, Azərbaycan Ermənistanın növbəti danışıqlarda hansı mövqeyi tutacağını konkret müəyyənləşdirə bilmir, çünki İrəvanın kənar qüvvələrin manipulyasiyası ilə ruhlanması təcrübəsi ərşə çəkilməyib.
Belə mövqe regionun çürümüş təhlükəsizlik sütunlarını təmir etməyə maneə yaratdığından, Azərbaycan alternativ imkanlarını gündəmə gətirə bilər”.