
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Ermənistan Azərbaycanın Qarabağdakı separatçıların hərbi imkanlarını mahiyyətcə və keyfiyyətcə məhv etməsindən sonra sərhədlərin hansı formada delimitasiya olunmasının həyəcanını keçirir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov səsləndirib. O, bildirib ki, budəfəki danışıqlar Azərbaycanın Ermənistana qarşı iddialı gündəliyinin əhəmiyyətli dalğasını təşkil edəcək: “Ən azından, Qazaxın işğal altında olan yeddi kəndi və Naxçıvanın Kərki kəndinin beynəlxalq hüququn prosedurları ilə Azərbaycana geri qaytarılması məsələsi danışıqlar gündəliyinin aparıcı xəttində qərarlaşacaq.
Çünki məntiqi ardıcıllıq bunu tələb edir ki, Azərbaycan ərazi suverenliyinin səkkiz kənd üzərindəki hərtərəfli təmini nəticələrinə yiyələnməlidir.
Azərbaycana bu məsələdə ən vacib və həlledici dəstək Türkiyədən verilir, Rusiyanın və Qərbin isə baxışlarını kafi hesab etmək olar - dərin mənada”.