Hakan Fidan: Azərbaycan öz suverenliyini bərpa etmək üçün antiterror tədbirləri aparıb Siyasət

Hakan Fidan: Azərbaycan öz suverenliyini bərpa etmək üçün antiterror tədbirləri aparıb

Bəzi ölkələr Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri çərçivəsində qəsdən Azərbaycana qarşı düşmənçilik münasibəti sərgiləyib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan öz suverenliyini bərpa etmək üçün bu addımları atıb.