“Proseslər Azərbaycanın qazandığı strateji üstünlüklərin sirayəti ilə əlaqəli formada inkişaf edəcək” Siyasət

“Proseslər  Azərbaycanın qazandığı strateji üstünlüklərin sirayəti ilə əlaqəli formada inkişaf edəcək”

“Qaranadada baş tutacaq danışıqlarda müzakirə masasına qoyula biləcək digər mövzu Zəngəzur dəhlizi layihəsinin işə salınması ilə əlaqəli olan regional konfiqurasiyadır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov səsləndirib. O, bildirib ki,
həmin müzakirə predmetinə Azərbaycan və Türkiyədən Zəngəzur dəhlizinin açılması ilə bağlı güclənən ritorikalar fonunda nəzər yetirmək mümkündür: “Zəngəzur dəhlizinin anatomiyası həm sərhədlərin delimitasiyasını, həm Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıdışını, həm də kənar oyunçuların geostrateji maraqlarının kəsişdiyi nöqtələri özündə cəmləşdirən genişmiqyaslı prosesləri qeyd edir.
Proseslər dəyişmiş regional kontekstə Azərbaycanın qazandığı strateji üstünlüklərin sirayəti ilə əlaqəli formada inkişaf edəcək”.