Sülhməramlıların fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə müzakirə ediləcək - Kreml Siyasət

Sülhməramlıların fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə müzakirə ediləcək - Kreml

Rus sülhməramlılarının Qarabağda missiyasının müddətini uzatmağın mümkünlüyü məsələsi Azərbaycanla müzakirə olunacaq.

Trend xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Bu, Azərbaycan ərazisidir və bu məsələ Bakı ilə müzakirə olunacaq", - o deyib.

Xəbər yenilənəcək