
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“CNN” televiziya kanalının yaydığı xəbərə görə, ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa ediblər. Həmin mərkəzlərin şəkilləri peyk vasitəsilə çəkilib. Maraqlıdır ki, ABŞ, Rusiya və Çin yeni nüvə sınaqları barədə məlumat yaymayıblar. Belə olan halda yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, peyk vasitəsilə yeni 3 nüvə mərkəzinin şəkilləri yayımlanıb: “Bu Rusiya ərazisində “Novaya Zemlya”, Çində Sincan-Uyğur bölgəsi, ABŞ-da isə Nevada ştatıdır. Bu mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Peyk şəkillərində həmin mərkəzə daxil olanların sayının artdığı təsvir olunub. Bu o deməkdir ki, bu 3 ölkə bir-birlərinə inanmırlar və nüvə arsenallarını artırır, yeni poliqonlar tikirlər. Halbuki, keçmiş SSRİ-də sonuncu dəfə nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə həyata keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyiblər”.