
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Qanun layihəsini hazırlayan işçi qrupun üzvlərinə təşəkkürümü bildirirəm. Yenə də həmkarları kimi bəyan edirəm ki, mövcud nöqsanlar qanunların olmaması ilə əlaqəli deyil. Qanunların icrası ilə bağlı problemlər var”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu halda da hakimiyyətin qollarının bir-birinə qarşılıqlı nəzarəti olmalıdır ki, hökumətin, icra orqanlarının üzərində xalqın seçdiyi millət vəkillərinin, parlamentin həm də bir nəzarət mexanizmi olsun: “Bu mexanizmlər də düşünürəm ki, qanunda öz əksini tapmalıdır. Ümumiyyətlə, ölkəmiz tarixi uğura imza atıb. Biz, torpaqlarımızı işğaldan azad etmişik. Amma bilirik ki, iqtisadiyyatımız hökumətin də etiraf etdiyi kimi neft sənayesindən çox asılıdır və neftin hasilatı da azalır. Neft və qazın bazarlarda qiyməti çox dəyişkəndir. Qeyri-neft sektorunu inkişaf etdirməliyik və bunun üçün də ölkədə mütləq ciddi rəqabət mühiti olmalıdır. Bundan sonra “Energetika haqqında qanun”u müzakirə edəcəyik. Orada da qeyd olunur ki, hakimiyyətin əsas vəzifələrindən biri sağlam rəqabət mühitinin yaradılmasıdır. Amma bunun izahı verilmir ki, sağlam rəqabət mühiti dedikdə nə başa düşülür, nə yaradılmalıdır? Yəni haqsız rəqabət olmamalı, buna son qoyulmalıdır. Təsərrüfat subyektləri arasında vətəndaş məmnunluğuna yönələn bir yarış təşkil olunmalıdır. Yəni, biz, bunu edə biləcəyiksə, həqiqətən ölkədə yeni iş yerləri açılacaq, Azərbaycan gəncləri iş dalınca qonşu ölkələrə üz tutmayacaq. Burda da proteksionizmə və inhisarçılığa son qoyulacaq. Bu istiqamətdə köklü addımlar atılmalıdır. Köklü addımlardan biri də ondan ibarətdir ki, mütləq böyük özəlləşdirməyə gedilməlidir. Ölkə iqtisadiyyatının əsas sahələri sosializm dövründə olduğu kimi dövlətin nəzarətindədir. Buna son qoyulmalıdır. Konstitusiyanın 15-ci maddəsində qeyd olunur ki, dövlət iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir və “Antiinhisar fəaliyyəti haqqında qanun”un 12-ci maddəsində də qeyd olunur ki, təsərrüfat subyektlərinin bazarda payı 35 faizdən artıq olmamalıdır. Amma görürük ki, konstitusiyanın və qanunun tələbləri yerinə yetirilmir”.
“Məni narahat edən başqa bir məqam da ondan ibarətdir ki, rəqabət orqanı və bu orqan tərəfindən formalaşdırılan bir rəqabət komissiyası olacaq”,- deyən millət vəkili əlavə edib ki, yenə də onların tətbiq elədiyi cərimələrin 50 faizi həmin orqanın əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün istifadə ediləcək: “Dəfələrlə bu barədə danışmışıq ki, bu yanlış siyasətdir. Dövlət qulluqçularına, onların gördüyü işlərə görə, işin nə dərəcədə ağır, stressli olmasına görə, əməkhaqqı verilməlidir. Yəni belə olduğu halda, biz, sanki onları stimullaşdırırıq ki, onlar daha çox cərimə tətbiq etməyə meylli olsunlar, nəinki həmin sahədə nizam-intizamın yaradılması və iqtisadiyyatın inkişafına töhfə vermək haqqında düşünsünlər. Burada bəzi anlayışlar da var və biz, ikinci oxunuşda bu barədə konkret maddələr üzrə danışacağıq. Vaxtilə Korrupsiyaya qarşı əvvəlki mübarizə komissiyası formalaşdırılanda da mən, o zaman təkidlə söyləyirdim ki, həmin komissiyanın üzvləri korrupsiyanın subyekti olan şəxslərdən ibarət formalaşdırılmamalıdır. Ona görə ki, onlar bir-birinin nöqsanlarını açmayacaqlar. Bu sırf psixoloji bir məsələdir. Ona görə də tamamilə müstəqil şəxslərən ibarət bir komissiya formalaşdırılmalıdır. İndi də düşünürəm ki, bu komissiyanın rəqabət orqanının fəaliyyətinə müəyyən mənada nəzarət edəcək, onun qəbul etdiyi qərarların nə dərəcədə ədalətli olub-olmamasını araşdıracaq komissiya cənab prezident tərəfindən formalaşdıırlmalı və qanunvericilikdə bu məqam öz əksini tapmalıdır. Onu təşkil edən şəxslər də dövlət qulluqçusu olmamalı, siyasi partiyalar tərəfindən də namizədliyi irəli sürülmüş tam müstəqil şəxslərdən ibarət olmalıdır. Düşünürəm ki, bir çox problemləri həll etmək üçün siyasi partiyaların ölkəmizin siyasi həyatında iştirakı gücləndirilməlidir, o cümlədən parlament nəzarəti”.
Əli