“Azərbaycan beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi” Siyasət

“Azərbaycan beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi”

“Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Asaif Nərimanlı deyib: “Halbuki, 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən missiyanı bölgəyə buraxmırdılar və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi.
İrəvan hesab edirdi ki:
- BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq;
- Bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq;
Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir. Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi...”.