“Beynəlxalq missiya” planı hələ bitməyib” Siyasət

“Beynəlxalq missiya” planı hələ bitməyib”

“Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Asaif Nərimanlı deyib: “BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir. Bəyanatda qeyd olunur ki, “missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”.
Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı “etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir”.