
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“ABŞ və Fransadakı ermənipərəst dairələrin Ermənistana siyasi dəstəkləri davam edərkən, həmin mərkəzlər bu ölkənin üzləşəcəyi iqtisadi problemlərinə necə yardım edəcəkləri barədə fikir bildirmirlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq əlavə edib ki, misal üçün Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşını gömrükdə növbə gözləyir: “Aydındır ki, Kreml bu yolla Ermənistan hökumətini Rusiya əleyhinə açıqlamalarına və siyasətinə görə cəzalandırır. ABŞ və Fransa bu konyakları öz bazarlarına buraxmağa hazırdırmı? Və ya Rusiya Ermənistana ucuz qaz satmaqdan imtina edərsə ABŞ və Fransa bu problemi necə həll edəcəklər?”.