
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycan və Ermənistan arasında danışıqlarda yeni bir mərhələ başlayacaq. Xüsusilə Azərbaycanın anti-terror əməliyyatından sonra Ermənistan Qarabağla bağlı "status" məsələsini danışıqlar prosesində qaldirmayacaq.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki əgər, Ermənistan belə bir təkliflə çıxış edərsə, Azərbaycanda Qərbi Azərbaycan icmasının statusunu qaldıra bilər:
"Artıq Qarabağda erməni qalmayıb və nəticədə iki ölkə arasında danışıqların başlanması və sülh müqaviləsinin bağlanması üçün yeni şərtlər yaranıb. Qranada da keçirilən görüşdə müəyyən müsbət irəliləyişlər əldə oluna bilər. Avropa İttifaqının prezidenti Şarl Mişel də yeni mərhələyə ehtiyac olduğunu vurğulayıb. Ermənistanla Azərbaycan arasında Qranada danışıqlar da müsbət irəliləyiş olarsa, sülh müqaviləsinin bağlanması istiqamətində yeni sənəd üzərində işləmək üçün mexanizm hazırlana bilər".
Cavid