Araik Arutyunyan saxlanılıb, Bakıya gətirilir Siyasət

Araik Arutyunyan saxlanılıb, Bakıya gətirilir

Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan saxlanılıb.

Trend xəbər verir ki, Araik Arutyunyanı Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Xəbər yenilənəcək