“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
4 Oktyabr 2023 16:43
1 750
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya rəsmilərinin Qarabağdakı vəziyyətlə əlaqədar İstanbulda görüşdüyünə dair məlumatı təsdiqləyib.
Trend xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ, Aİ və Rusiya nümayəndələrinin lokal xarakterli antiterror tədbirləri başlamazdan əvvəl İstanbulda Qarabağla bağlı görüş keçirdiklərini Moskvada brifinqdə təsdiqləyib.
KİV-in xəbər verdiyi kimi, ABŞ-ni bu görüşdə Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Rusiyanı isə Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.
M.Zaxarova ABŞ və Aİ-nin görüş keçirmək təşəbbüsü ilə Rusiyaya müraciət etdiyini qeyd edib.
"Görüşün məqsədi danışıqlarda qeyd olunub. Tərəflər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - deyən Zaxarova görüşün gizli olmadığını, "adi fikir mübadiləsi olduğunu" əlavə edib.
Rusiya XİN-in nümayəndəsi həmçinin vurğulayıb ki, hazırda Qərb mediası bundana təxribat üçün istifadə edirsə, deməli məqsəd də bu olub.
Xəbər yenilənəcək
13 Dekabr 17:17
1 659
13 Dekabr 12:09
1 939
12 Dekabr 17:54
3 262