Ermənilərin müharibə xofu Siyasət

Ermənilərin müharibə xofu

Laura Baqdasaryan: "Ermənistan ictimaiyyəti müharibə getməmək üçün güzəştlərə hazırdır"

"Qarabağ münaqişəsinin həll olunmaması və uzun illər bu münaqişənin həlli istiqamətindəki danışıqlar fərqli intensivliklərlə müşahidə olunub. Lakin son iki ildə, xüsusilə aprel müharibəsindən sonra insanların düşüncələrində dərin dəyişikliklər yarandı". Bu barədə Ermənistanın birinci kanalına "Region" araşdırmalar mərkəzinin direktoru Laura Baqdasaryan deyib.
Onun dediyinə görə, Qarabağ münaqişəsi erməni ictimaiyyəti üşün hər zaman dördüncü-beşinci yerə olub. Birinci yerə isə daxili siyasi problemlər – iqtisadi inkişaf, korrupsiya kimi faktorlar yer alıb: "Aprel müharibəsindən sonra ictimaiyyət ordudakı boşluqlardan danışmağa başladı. Bunun kökündə isə daxili siyasətdəki problemlər dayanır. Çünki demokratikləşmə və dərin islahatlar nəticəsində təhlükəsizlik zəmanəti əəmələ gəlir və ordu möhkəmlənir. Lakin Qarabağ münaqişəsi birinci təhlükə kimi irəliyə çıxdı. Bu da köklü dəyişiklikdir".
Baqdasaryan əlavə edib ki, Ermənistan və Qarabağ ictimaiyyəti demək olar ki, eynidir. Onun sözlərinə görə, ictimaiyyət Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq göstərməyə başlayıb: "Onlar müharibəyə getməmək üçün güzəştlərə hazır olanlardır".