Millət vəkilləri Parisə səfər ediblər Siyasət

Millət vəkilləri Parisə səfər ediblər

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 5-də Fransanın Paris şəhərinə yola düşüblər. Milli Məclisdən verilən məlumata görə, toplantıda Beynəlxalq cinayət məhkəməsi ilə əməkdaşlıq, Avropanın çoxmillətli ölkələrində demokratik idarəçilik, beynəlxalq razılaşmalara əsasən vətəndaşların sərmayələrlə bağlı hüquqlarının qorunması və digər məsələlər ətrafında müzakirələr keçiriləcək.
Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Səfər sentyabrın 7-də başa çatacaq.