“Bu, bizə qardaşcasına yanaşmanın başqa bir örnəyidir” Siyasət

“Bu, bizə qardaşcasına yanaşmanın başqa bir örnəyidir”

“Zəfər və Müstəqillik Günü, digər milli bayramlarımızla bağlı dost ölkə Peru parlamenti tez-tez təbrik bəyanatları yayır. Bu bəyanatların içində mənim diqqətimi ən çox çəkən 2021-ci ildə Müstəqilliyimizin Bərpası Günüylə bağlı yayılan, daha dəqiqi oradakı “30 il ərzində öz suverenliyini durmadan möhkəmlədən Qardaş Azərbaycan beynəlxalq aləmdə müxtəlif din və mədəniyyətlərin birgə yaşayışı üçün model ölkədir” cümləsi idi”. Xalqcəbhəsi.az xəbər verir ki bunu millət vəkili Sahib Alıyev qeyd edib: “Sərhədlərimizdən minlərlə kilometr uzaqda bizi “qardaş ölkə” adlandırırlarsa, əlbəttə, bu sevindiricidir və təbii ki, dövət başçımızın özəlliklə də Azərbaycan Qoşulmama Hərakatına sədrlik etdiyi dövrdə yeritdiyi siyasətin burada rolu böyükdür. Ötən ilin noyabrında Perunun paytaxtı Limanın mərkəzi küçələrində Zəfər Bayramımıza həsr olunmuş plakatlar asılması da elə əslində bizə qardaşcasına yanaşmanın başqa bir örnəyidir”.