“Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb” Siyasət

“Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb”

“Ermənistan tərəfi Azərbaycana qarşı 6-cı dəfə sülh təkliflərini göndərib və cavab almadıqlarını vurğulayıb. Azərbaycanın təklifinə iki aydan sonra cavab verən İrəvanın təkliflər göndərməsi və cavab gözləməsi manipulyasiya siyasətinin bariz nümunəsidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, diqqətə çatdırıb ki, Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb və məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır.