“Bakının şərtlərinə razılıq əlamətləri üstün səviyyəyə çıxsa...” Siyasət

“Bakının şərtlərinə razılıq əlamətləri üstün səviyyəyə çıxsa...”

“İkitərəfli müzakirələri var edib, onu canlı saxlamaq Bakı tərəfindən irəli sürülən tələbdir. Bu onu göstərir ki, Azərbaycan müxtəlif kanallar vasitəsilə Ermənistana intensiv şəkildə həmin formatın əhəmiyyətini çatdırır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. O, bildirib ki, sülh gündəliyinin tezliyi indi İrəvanın Bakıya verdiyi cavablardan və təqdim edəcəyi paketlərdən asılıdır: “Bu paketlərin içərisində regional gərginliyə rəvac verməyən elementlər çoxluq təşkil etsə və Bakının şərtlərinə razılıq əlamətləri üstün səviyyəyə çıxsa, onda sülh müqaviləsinin layihəsi hazırlanacaq”.