
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“2018-ci ildən bəri bir neçə dəfə Azərbaycanda olmuşam. Mən Zəngilana səfərlə bağlı dəvətdən şərəf duydum”.
APA xəbər verir ki, bu barədə dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən Brüssel Diplomatiya Akademiyasının müşaviri Jan de Brabander deyib.
“Qarabağa səfər etmək uzun müddətdir ki, mənim gündəliyimdə idi. Çünki baş verənlərin - dağıntıların və sonrakı bərpa-quruculuq işlərinin nəticələrini görmək istəyirdim.
Mən Azərbaycan Prezidentinin və Azərbaycan xalqının səylərinin konkret nəticələrindən təsirləndim.
Bu gün səhər isə Prezidentlə xoş bir görüşümüz oldu. O, müxtəlif mövzular barədə ətraflı danışdı. Bizim bütün suallarımıza cavab verdi. Bu zaman onun tərəfindən hər hansı bir tabu və ya məhdudiyyət olmadı. Bu görüş çox səmərəli oldu və Azərbaycanın gələcəyi üçün tarixin nə məna ifadə etdiyini anlamaq baxımından çox faydalı oldu”, - ekspert qeyd edib.