
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Sahib Alıyev: “Bu yöndə fəaliyyətimizi daha israrla davam etdirməliyik”
“AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşının rəsmi Parisdən gələn təlimat əsasında bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılması heç də Fransanın iç üzünü açmır. Çünki bu yırtıcı dövlətin söz azadlığı və insan haqlarından ancaq digərlərinə təzyiq aləti kimi faydalanmağa çalışdığı, özünün isə onlara elə də əməl etmədiyi onsuz da sirr deyil”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib. O, bildirib ki, təsdiq üçün Fransanın elə həmən Yeni Kaledoniyadakı avtoxton xalqa yanaşmada yeritdiyi müstəmləkəçilik siyasətini xatırlatmaq yetər: “Azərbaycanlı jurnalistin vəzifə borcunu yerinə yetirməyə qoyulmaması, onu “arzuolunmaz şəxs” adlandıraraq sərhədlərindən min kilometrlərdə uzaqda ələ keçirilən "dənizaşırı torpaqlar"ının birindən çıxarılması Fransanın təşvişə düşdüyündən xəbər verir ki, əsas da budur. Belə təəssürat yaranır ki, ölkəmizə qarşı düşməncəsinə davrananların neokolonializm siyəsətinin ifşası yönündə gördüyümüz tədbirlər artıq bəhrəsini verir və Yelisey sarayındakılar bunda özləri üçün təhlükə görməyə başlayıblar. Əla, demək, bu yöndə fəaliyyətimizi daha israrla davam etdirməliyik”.