
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycanla Ermənistan arasında danışıqlar əsasında 32 ermənin geri verilməsi və 2 əzərbaycanlı hərbiçinin azad edilməsi müsbət prosesdi. Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar çərçivəsində razılaşmanın yerinə yetirilməsi növbəti mərhələdə sülh müqaviləsinin bağlanması istiqamətində də ikitərəfli danışıqlar üçün zəmin yaradır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Təbii ki, Azərbaycanın prinsipial mövqeyi Vaşinqton və Avropa İttifaqından siyasi təzyiqlərə baxmayaraq Azərbaycan güzəştə getmədi, mövqeyini daha da möhkəmləndirdi. Azərbaycanın bu mövqeyi, ABŞ Ermənistana təzyiq edərək, Azərbaycanla ikitərəfli danışıqlara cəlb etdi:
"Vaşinqton və Brüssel Azərbaycanın geri addım atacağını hesablayırdılar. Nəticədə isə, baş verənlər vəziyyəti daha da böhrana apardı və ABŞ Cənubi Qafqazda geosiyasi mövqelərini zəiflədilməsinə gətirib çıxara bilərdi.
Artıq, Vaşinqton da Ermənistanı ikitərəfli danışıqlar üçün təlimatlandırması istisna deyil. Ermənistan və Azərbaycan arasında son razılaşmanın həyata keçirilməsi. ABŞ diplomatının C.Obraynın ölkəmizə səfəri apardığı danışıqların rolu olub. Bu danışıqlarda ABŞ Azərbaycana qarşı təzyiq siyasətindən geri çəkiləcəyi və Ermənistanı Azərbaycanla ikitərəfli danışıqlara başlaması üçün sövq edəcəyi razılaşdırılıb".
O, qeyd edib ki, Azərbaycanda xoşməramlı və humanitar prinsipləri rəhbər tutaraq, sülh müqaviləsi istiqamətində real irəliləyişlər üçün bu razılaşmaya getdi. Ermənistan Azərbaycanın tələbi əsasında ikitərəfli danışıqlara məcbur oldu. Bu, Azərbaycanın Yerevan üzərində növbəti diplomatik üstünlüyüdür.
Cavid