Qənirə Paşayevanı o əvəz edəcək Siyasət

Qənirə Paşayevanı o əvəz edəcək

“Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Qərar qəbul edilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisin qərarına əsasən Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.

Deputat Ülviyyə Həmzəyeva isə komitənin sədr müavini olub. Bununla bağlı məsələ parlamentin dekabrın 8-də keçirilən iclasında səsəverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsin keçmiş sədri Qənirə Paşayeva idi. O, bu ilin sentyabrında vəfat edib.