Məhərrəm Əliyev vəzifəsindən azad olundu Siyasət

Məhərrəm Əliyev vəzifəsindən azad olundu

Prezident İlham Əliyev M.A.Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə, Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb.