Azərbaycanın Rumıniyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM Siyasət

Azərbaycanın Rumıniyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev H.N.Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.