“Konqresin Ukraynaya vəsait ayırmaması Kiyevdə hərbi- siyasi sferada təlaş doğurub” Siyasət

“Konqresin Ukraynaya vəsait ayırmaması Kiyevdə hərbi- siyasi sferada təlaş doğurub”

“Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edib. Ukraynanın əks-hücumlarının istənilən nəticəni verməməsi, Kiyev rəhbərliyinin bunu Qərbin yetərli silah verməməsi ilə əlaqələndirməsi siyasi problemə gətirib çıxarıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, əlavə edib ki, həmçinin ABŞ maliyyə və hərbi yardımı gecikdirməsi, konqresin Ukraynaya vəsaiti ayırmaması Kiyevdə hərbi- siyasi sferada təlaş doğurub: “Nəticədə Rusiya cəbhə xəttində təşəbbüsü ələ ala bilib. Belə bir gərgin situasiyada Zelenskinin Vaşinqtona səfəri bir çox problemi həll edərək, əsasən ABŞ maliyyə ayırmasını nail olmaqdır”.