
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Ukrayna prezidenti V. Zelenskinin ABŞ səfəri bir çox məsələləri həll etməyə hədəflənib.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ səfər edib. Ukraynanın əks-hücumlarının istənilən nəticəni verməməsi, Kiyev rəhbərliyinin bunu Qərbin yetərli silah verməməsi ilə əlaqələndirməsi siyasi problemə gətirib çıxarıb. Həmçinin ABŞ maliyyə və hərbi yardımı gecikdirməsi, Konqrensin Ukraynaya vəsaiti ayırmaması Kiyevdə hərbi- siyasi sferada təlaş doğurub. Nəticədə Rusiya cəbhə xəttində təşəbbüsü ələ ala bilib. Belə bir gərgin situasiyada V. Zelenskinin Vaşinqtona səfəri bir çox problemi həll edərək, əsasən ABŞ maliyyə ayırmasını nail olmaqdır:
"Bu səfər çərçivəsində V. Zelenski C.Baydenlə və Konqresdə görüşlər keçirəcək. Səfərin əsas məqsədi ABŞ Konqresində Ukraynaya maliyyə yardımına səs vermək və uzaqmənzilli raketlərin və F16 təyyarələrin Ukraynaya verilməsini tezləşdirməkdir.
Bundan əlavə, V. Zelenski Ukraynada prezident seçkilərinin keçirilib- keçirilməsi ilə əlaqədar danışıqlar aparacaq. Bununla yanaşı Vaşinqtondan siyasi dəstək istəyəcək. Çünki daxildə siyasi intriqalar qızışır, ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları dərinləşir.
Qeyd edim ki, Ukrayna prezidentinin əsas hədəfi seçkilərə getməmək və ABŞ tam hərbi dəstəyini almaqla marta kimi Rusiyada keçiriləcək prezident seçkilərində Rusiya ordusunu bir çox ərazilərdən çıxarmaqla, V. Putinin daxili siyasi vəziyyətini gərginləşdirməyə nail olmaqdır. V. Zelenskinin Vaşinqtona səfəri müsbət nəticələnməsi gözlənilir. ABŞ Kongrensi Ukraynaya nəzərdə tutulan maliyyə yardımını ayıra bilər".
Cavid