İtaliya mətbuatında Bakıya həsr edilən məqalə Siyasət

İtaliya mətbuatında Bakıya həsr edilən məqalə

İtaliyanın "Turistipercaso" jurnalının elektron variantında jurnalist Marko Lakonettinin müəllifi olduğu "Bakı (2012-2016): şəhərin dəyişikliyinin minlərlə simaları" adlı məqalə dərc edilib.
Məqalədə italyan jurnalisti Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratları qələmə alıb. Jurnalist məqaləsində fərqli dövrlərdə Bakıya etdiyi səfərlərdən söz açır və qısa bir dövrdə Bakının simasının daha da gözəlləşdiyini ifadə edir.
2016-cı ildə Bakı şəhərinə növbəti səfərini edən italiyalı jurnalist müşahidə etdiyi inkişafdan məlumat verir və bu dəyişikliklərə heyran qaldığını bildirir. Bakı memarlığından söz açan müəllif burada Barrokko və Neoklassik nümunələrlə yanaşı, müasir tipli tikililərin, o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Yeni hava limanı, Flame Towers haqqında məlumat verir. Bakının nəfis memarlıq abidələri, gözəl binaları şəhərin simasını çox qısa bir zamanda dəyişmişdir. Ölkədəki inkişafın canlı şahidi olan Marko Lakonetti Bakıda ənənəvi memarlıq abidələrinin müasir memarlıq abidələri ilə sintez təşkil etdiyini qeyd edir.
Eyni zamanda jurnalist Bakı şəhərinin turizm imkanları haqqında geniş məlumat verir.