“Fransa yenidən regionda vəziyyəti gərginləşdirməyə çalışır” Siyasət

“Fransa yenidən regionda vəziyyəti gərginləşdirməyə çalışır”

“Ölkə prezidentinin andiçmə mərasimində onun yol xəritəsi hesab olunacaq nitqində əsas məsəllərdən biri bu oldu ki, sülh prosesi ilə bağlı yerindən duran vasitəçilik təklifi irəli sürür. Dövlət başçısı bildirdi ki, “gedin işinizlə məşğul olun, öz problemlərinmizi həll edin”. Bu özünü Münxen Təhlükəsizlik Konfransında da göstərdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O, bildirib ki, Almaniya kansleri vasitəçi rolunda deyil, sadəcə təşəbbüskar kimi hərəkət etdi: “Bu görünür ki, bəzi ölkələrdə siyasi dairələri narahat edib. Paşinyanin Fransaya səfəri və Fransda prezidenti Makronun açıqlamaları bunu sübut edir. Fransanın müdafiə naziri tarixdə ilk dəfədir ki, Ermənistana gəlir. Fransa yenidən regionda vəziyyəti gərginləşdirməyə çalışır”.