Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Növbədənkənar prezident seçkiləri keçirilməyəcək”

“Növbədənkənar prezident seçkiləri keçirilməyəcək” Siyasət

“Növbədənkənar prezident seçkiləri keçirilməyəcək”

Azərbaycan prezidenti: "Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"



"Azərbaycan öz dostları və qonşuları tərəfindən reallaşdırılan layihələri tam dəstəkləyir". Bunu "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Ölkə başçısı bildirib ki, bu layihə regionda əməkdaşlığı və təhlükəsizliyi gücləndirir: "Bu cür layihələr regionda əməkdaşlıq və təhlükəsizliyi gücləndirir, ölkələrə öz iqtisadi və enerji maraqlarının təmin olunmasında yardım edir. Buna görə, biz "Türk axını"nı hər zaman dəstəkləmişik. Bu günlərdə mənim də iştirak etdiyim Ümumdünya Enerji Konqresi çərçivəsində Türkiyə və Rusiya bu layihənin bərpasına dəlalət edən sənədi imzaladılar və mən buna görə türk və rus həmkarlarımı təbrik edirəm".

"Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması ədalətin bərpasıdır"


"Bəzi qüvvələr Moskva ilə Ankaranın yaxınlaşmasını narahatlıqla müşahidə ediblər"-deyən Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, Türkiyə tərəfindən Rusiyanın Su-24 təyyarəsinin vurulması insidentində kənardan təxribat olub.
"Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması ədalətin bərpasıdır, faciəvi anlaşılmazlığın aradan qaldırılmasıdır. Yəqin ki, səbəbləri analiz ediləcək. Bildiyim qədər artıq analiz olunub. Məlumatlarımıza görə, burada Rusiya və Türkiyənin yaxınlaşmasını narahatlıqla müşahidə edən müəyyən qüvvələrin müdaxiləsi olmamış deyil. Sadəcə mən müəyyən obyektiv müşahidələrə əsaslanan qiymətləndirməni verirəm", - deyə o vurğulayıb.
Azərbaycan prezidenti baş verən hadisədə kənar təxribatın olmasını istisna etməyib: "Hər halda bu baş verəndə, ağlımıza ilk gələn o oldu ki, bunu istisna etmək olmaz. Çünki bu, qətiyyən Türkiyənin marağında deyildi və biz kiminsə bu qeyri-dost addıma qəsdən getdiyini ehtimal edə bilməzdik. Aydındır ki, bu faciəvi hadisədən sonra emosiyalar işə düşdü, bu emosiyalar müəyyən mənada vəziyyəti bürüdü və orada baş verənləri aydınlaşdırmaq çətin idi. Artıq emosiya emosiyanın üstünə gəlirdi, bir söz cavaba səbəb olurdu, nəticədə dayandırılması çətin olan halqa yaranırdı. Bu, artıq dayandırılıb. İndi aydınlaşdırmaq lazımdır. Düşünürəm və əminəm ki, burada təxribatsız ötüşməyib. Çünki Rusiya-Türkiyə münasibətlərinin ruhu və xarakteri qətiyyən Rusiya hərbi aviasiyasının uçuşların bu cür reaksiyanı nəzərdə tutmurdu".




"Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək olmaz"



"Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etmək olmaz".
O bildirib ki, hələlik ölkə indiki statusda özünü inamlı hiss edir: "Bu mövzuda söhbətlər həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin elitaları arasında çoxdan gedir. Belə deyim: prinsipcə, biz hazırda olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik. Ona görə də, biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni mən bu cür xarakterizə edərdim".
Dövlət başçısı Azərbaycanın Avrasiya məkanındakı prosesləri maraqla izlədiyini qeyd edərək o proseslərlə bağlı mürəkkəbliklər və müəyyən iradlar olduğunu da vurğulayıb: "Bu gün bizim Avrasiya İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız, eləcə də siyasi əməkdaşlığımız, kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola bilər. Hazırda biz bu istiqamətdə çalışırıq".
Prezident rəsmi Bakının öz indiki vəziyyətindən məmnun olduğunu diqqətə çatdırıb: "Son 13 ildə biz Ümumi Daxili Məhsulun həcmini 3 dəfə artıra, yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faiz səviyyəsindən bu il 5 faiz səviyyəsinə endirməyə nail ola bilmişik. Artıq yoxsulluq sosial bir problem kimi yoxdur. İşsizlik də onun kimi 5 faizdir. Bizim böyük valyuta ehtiyatlarımız var, hətta neftin qiymətinin aşağı düşdüyü bu ildə də Neft Fondunun ehtiyatları artır, ona görə ki, biz qənaətlə xərcləyirik və qeyri-neft sektorundan gəlir əldə edirik. Ona görə də, bizi həm iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir".



"Heç bir regional layihə TANAP-la rəqabət apara bilməz"


Dövlət başçısınin fikrincə, heç bir regional enerji layihəsi TANAP-la rəqabət apara bilməz: "TANAP "Cənub Qaz Dəhlizi" kimi iri layihənin bir hissəsidir. Öz növbəsində "Cənub Qaz Dəhlizi" layihəsi dörd komponentdən ibarətdir. Söhbət dünyanın ən iri qaz yataqlarından biri olan "Şahdəniz" layihəsinin işlənməsindən, "Cənubi Qafqaz" boru kəmərinin tikintisindən və onun genişləndirilməsindən, ardınca isə TANAP və TAP layihələrinin tikintisindən gedir. Bütün bu komponentlər öz özlüyündə vacibdir. Bu layihənin ilk mərhələsində qaz satışı ilə bağlı müqavilələr imzalanıb və satışlar həyata keçirilib. Biz hasilatın artırılması ilə bağlı müqavilələr imzalamışıq və bu proses 2018-ci ildən etibarən baş tutacaq, 2020-2021-ci illərdə isə hasilat pik həddə çatacaq. Bu baxımdan digər regional enerji layihələri obyektiv səbəblərdən TANAP-la rəqabət apara bilməz".



"Azərbaycan üçün radikal islamçılıqla bağlı potensial təhlükə yoxdur"


Azərbaycan prezidenti bildirib ki, "Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşib və ölkəmiz üçün radikal islamçılıqla bağlı potensial risk və ya təhdid yoxdur".
Dövlət başçısı bu ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu xatırladıb: "Cəmiyyətimiz milli ideya ətrafında birləşib. Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, müstəqilliyimizi möhkəmləndirmək və bütün iqtisadi və sosial problemləri həll etmək ideyaları ətrafında birləşib. Buna görə də burada radikallar üçün nə sosial, nə də iqtisadi baxımından baza var".
Onun sözlərinə görə, bu gün dövlət qarşısında duran yeganə məsələ, həmçinin dini ekstremizm fonunda özünü xarici mənfi təsirlərdən qorumaqdır: "Bizim cəmiyyət öz milli, dini və mənəvi köklərinə dərindən bağlıdır. Biz öz müqəddəs yerlərimizə hörmətlə yanaşırıq və buna ehtiyatla yanaşırıq. Eyni zamanda cəmiyyətimiz müasir cəmiyyətdir. Ona görə də hesab edirəm ki, Azərbaycan müasir müsəlman ölkəsi olaraq tam öyrənilməyib. Azərbaycan bir çox ölkə üçün yaxşı nümunə ola bilər. Ona görə də radikalizmlə mübarizə sahəsində bizim üçün əsas məqsəd özümüzü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır".
O qeyd edib ki, Azərbaycan xalqı hər gün Avropa, MDB ölkələri və Yaxın Şərqdə "qaynar nöqtə"lərdə nələrin baş verdiyini görür: "Bu, Azərbaycan xalqını daha da birləşdirir və radikalizm əleyhinə ən yaxşı peyvənddir. Buna baxmayaraq, biz bir dəqiqə də olsun məhz müasirliyə, dünyəviliyə, xeyirin şərdən üstün olmasına yönəlmiş siyasətimizlə bağlı fəaliyyətimizi zəiflətməməliyik. Biz bu istiqamətdə mütəmadi işləyirik".


"Əsas odur ki, Suriya vahid dövlət kimi qalmalıdır"


"Terrorizmə yalnız bütün dünya ictimaiyyətinin, aparıcı dövlətlərin birləşəcəyi halda qalib gəlmək olar"-deyən dövlət başçısı hesab edir ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş müharibəsinin həlli ilə bağlı yanaşması tamamilə özünü doğruldub: "Təəssüf ki, bu gün belə bir birləşməni görmürük və bu halda Rusiya tərəfinin bəyan etdiyi "ekstremistlər, terrorçular və radikallara qarşı səyləri birləşdirmək lazımdır" yanaşmasını tam özünü doğrultmuş hesab edirəm. Terrorçuları yaxşı və pislərə bölmək düzgün deyil. Gec-tez bu bumeranq kimi qayıdacaq, tarix dəfələrlə bunu sübut edib. Lakin hələlik bu istiqamətdə konsensusu görmürük, bu isə böyük narahatlıq doğurur".
Dövlət başçısı qeyd edib ki, hazırda Suriyadakı durum eskalasiyaya doğru gedir. O ümidvar olduğunu bildirib ki, Suriya üzrə danışıqlar nəticə verəcək: "Lakin əsas odur ki, Suriya vahid dövlət kimi qalmalıdır, onun ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Suriya xalqı taleyini özü müəyyənləşdirməlidir. Bax, bu iki sadə tezisdir, bildiyim qədər bu tezislər sizə də yaxındır. Bunu tam bölüşürük. Məsələni məhz bu kontekstdə həll etmək lazımdır, halbuki, gördüyümüz kimi problemin həlli aylar ötdükcə, daha da çətinləşir", - deyə o vurğulayıb.



"Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"

Prezident bildirib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür:" Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür. Münaqişənin həllini biz bu cür görürük".
Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər".


"Rusiya silahının ən ciddi alıcılarından biriyik"

"Biz Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus və digər dövlətlərdən silah alırıq. Həmçinin Pakistandan silah almaq niyyətindəyik. Pakistanın hərbi sənayesi kifayət qədər inkişaf edib və bu bizə çox yaxın dost dövlətdir"-deyən dövlət başçısı qeyd edib ki, silah ticarətində Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib.
"Yəni, bu gün Azərbaycan ordusunda əsasən Rusiya istehsalı olan silahlardır. Bu əməkdaşlıqdan məmnunuq. Biz Rusiya silahının ən ciddi alıcılarından biriyik və əməkdaşlığımızın səviyyəsi yaxşıdır. Digər yerlərdə silah almağımıza gəldikdə isə bu, yəqin ki, təbiidir. Silah biznesi elədir ki, burada nə isə gizlətmək mümkün deyil".


"İndiki şəraitdə neft 70 dollaradək bahalaşa bilər"

"Bu gün həm neft hasilatçıları, həm istehlakçılar qiymətin stabilləşməsinə nail olmaq istəyir. Çünki ucuz neft istehlakçılara da zərbə vurub. Əlbəttə bu gün neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadiyyatı mövcud durumdan daha çox əziyyət çəkir".
Ölkə başçısı hesab edir ki, OPEC-ə üzv olan və olmayan ölkələr tərəfindən hasilatın azaldılması qiymətləri stabilləşdirə bilər: "Hadisələrin gedişatı onu göstərir ki, hər şey buna doğru gedir. Məncə bu, baş verməlidir. Lakin tərəflər maksimum səmimi, dürüst olmalıdır, qəbul olunan qərarların icrasına nəzarət olunması üçün mexanizm hazırlanmalıdır. Hazırda qlobal neft bazarındakı şərait neftin 60, hətta 70 dollaradək bahalaşmasına səbəb ola bilər ki, bu da bütün tərəflər üçün əlverişlidir - şirkətlər investisiya qoyuluşunu artıra, hasilatla məşğul olan ölkələr isə əldə etdiyi vəsaiti müxtəlif layihələrin reallaşdırılmasına yatıra bilər. İstehlakçılar bundan ancaq udacaq".
Prezident əlavə edib ki, Azərbaycan hər zaman bu cür addımları dəstəkləyir və bunu dəfələrlə bəyan edib. "Biz birmənalı olaraq bəyan edirik ki, neft hasilatımızı artırmayacağıq. Bunun üçün hansısa qərarı gözləməyə ehtiyac duymuruq. Müəyyən mənada bunu hasilatın dondurulması adlandırmaq olar", - deyə o qeyd edib.


"Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir"


Azərbaycan prezidenti deyib ki, "Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir".
"Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında da bu açıqlama ilə bağlı fikrimi bildirmişəm. Mən dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə "status-kvo"nun qəbuledilməz olduğunu bəyan ediblər. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir", - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarları və qətnamələri yerinə yetirilmir: "Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bizim problemimiz budur. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır. Biz də deyirik ki, yaxşı gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər, sülh yolu, biz deyirik yaxşı, gözləyək. Lakin təcavüzkara təzyiq göstərmək əvəzinə biz belə bəyanatlar eşidirik".



"Prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur"


"Bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur"-deyə vurğulayan prezident Azərbaycanda və ölkədən kənarda bununla bağlı hansı söhbətlərin getməsindən xəbərdar olduğunu bildirib: "Belə planlar yoxdur, buna ehtiyac görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam".