Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
1 Mart 2024 15:24
3 808
“Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Berlində keçirilən görüşü ümumi mənada müsbət adlandırmaq olar”. Bunu xalqcəbhəsi.az-a politoloq Turan Rzayev deyib. O, bildirib ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib: “Diqqətçəkən məqam Almaniyanın xarici işlər naziri Annalena Berbokun vasitəçi kimi bütün detallara diqqət etməsidir. Yəni tərəfləri narazı salacaq heç bir nüans yox idi. Nazirlərin Berlindəki “Villa Borsig”də bir araya gəlib danışıqlar aparması da mühüm məqam idi.
Görünən odur ki, Berbok Bakı ilə İrəvan arasında etimad mühitinin yaranması, habelə ölkəsinin tərəfsizliyi baxımdan Bayramovla Mirzoyanın müzakirələrini həm də qeyri-rəsmi atmosferdə təşkil edib.
Xatırladım ki, fevralın 16-də Münhendə Prezident İlham Əliyev, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan üçtərəfli görüş zamanı da Berlin bənzər həssasiyyəti göstərmiş, tərəfləri narazı salacaq nüanslara yol verməmişdi”.
15 Sentyabr 22:46
525
15 Sentyabr 19:06
693
15 Sentyabr 18:54
1 064