“Rəsmi Bağdadın belə bir açıqlama yayması gülüncdür” Siyasət

“Rəsmi Bağdadın belə bir açıqlama yayması gülüncdür”

Vüqar Zifəroğlu: "Mosulun demoqrafik vəziyyətinin dəyişilməsi Türkiyə üçün qırmızı cizgidir"

Məhəmməd Əsədullazadə: "ABŞ hakimiyyəti ilə İranın Türkiyəyə qarşı siyasəti üst- üstə düşür"

Türkiyənin İraq ərazisindəki Başika bazasında hərbçilərinin olması səbəbindən iki ölkə arasındakı münasibətlər gərginləşib. İraqın baş naziri Heydər İbadi növbəti dəfə Türkiyəni hədələyib. İbadi Bağdadın Ankara ilə döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu deyib.
Türkiyənin İraq sərhədinə qoşun yığmasına mənfi münasibət bəslədiyini bildirən İbadi rəsmi Ankaranın İraqa qoşun yeridəcəyi halda, hər cür qarşılıq verəcəklərini deyib: "Türkiyənin İraqa hər hansısa bir hücumu, özünün çöküşünə səbəb olacaq. İraqa hücum edən bütün tərəflərə qarşılıq verəcəyik".
Qeyd edək ki, İraqda 62 dövlətin ordusu var, xarici KİV-in yazdığına görə, ölkə İranın təlimatları ilə idarə olunur, dövlətin bir hissəsi isə İŞİD tərəfindən ələ keçirilib. Bundan başqa, Türkiyəni təhdid edən PKK-nın ən böyük sığınacaqları və silah anbarları Şimali İraq ərazisində yerləşir. Lakin, bütün bunlara səsini çıxarmayan İbadi hökuməti Türkiyənin öz ərazisini, İraqdakı türkmənləri və sünni əhalini İranla İbadi hökumətinin dəstəklədiyi Haşdi Şəbi quruplaşmasından qorumaq istəyinə qarşı çıxır.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, Başika ətrafındakı vəziyyət gərəksiz gərginlik yaratdı: "Bu gərginlik olmamalı idi. Bununla belə, biz münasibətləri normallaşdırmaq üçün diplomatik səylərimizi davam etdiririk". Çavuşoğlu Türkiyə XİN müşavirinin ötən həftə İraqa səfər etdiyini, yaxın günlərdə isə İraq hökumətinin nümayəndə heyətinin Ankaraya səfər edəcəyini bildirib. Çavuşoğlu həmçinin, İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin Ankara-Bağdad münasibətlərinin normallaşdırılmasında vasitəçi rolunu oynamaq təklifini alqışlayıb. "Türkiyə bu məsələdə bütün vasitəçi səylərini alqışlayır. İraq Türkiyə üçün qardaş dövlətdir. Bağdadda hamıdan yaxşı bilirlər ki, biz İraqın ərazi bütövlüyünə böyük önəm veririk", - deyə XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, Türkiyə İraq sərhədinə zirehli texnika və əlavə qoşun cəmləşdirib. Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, hərbi texnikanın sərhəddə cəmləşdirilməsi ölkənin təhlükəsizliyini gücləndirmək zərurətindən irəli gəlib: "Biz İraqın Başik bazasındakı hərbi kontingentimizi də gücləndirəcəyik. Buna ehtiyac var". Rəsmi Ankara İraq türkmənlərini hər hansı hücumdan xilas etmək üçün bu ölkədə bufer zona yaradıb.
İraq rəsmilərinin öz istəyi ilə hərəkət etməməmləri bəllidir. İbadinin kimdən təlimat alaraq bu addımı atması maraq doğurur. Əksər ekspertlər düşünürlər ki, Türkiyənin İraqda mövcudluğu bu bölgədə müsəlmanlar üzərindən oynanılacaq oyunları əngəlləyəcək. Bu üzdən də İbadiyə mümkün qədər dirənmək tapşırığı verilib. Amma görünən odur ki, Türkiyə qərarlıdır və İraqla bağlı lazımi addımlar atılacaq.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirdi ki, İraq Baş naziri Heydər Abadinin son açıqlaması, eləcə də bundan əvvəl İraq parlamentinin Türkiyənin Mosula bağlı Başikadaki hərbi bazasının olmasını qəbul etməməsi ilə əlaqədar yazılı bəyanat yayması, sonra da münasibətlərin kəskinləşməsi fonunda müxtəlif səpkili ittihamlar irəli sürməsi əslində yersizdir: "Bu gün İraqda 62 dövlətin ordusu var, ölkənin bir hissəsi isə İŞİD-in nəzarətindədir. İraqın 2003-cü ilin martında işğal edilməsindən sonra, ərazisində ABŞ əsgərləri ilə yanaşı, İranın da hərbi qüvvələrinin mövcudluğu, eləcə də rəsmi Bağdadın Tehranin ciddi təsiri altında olması fonunda belə bir açıqlama yayması, açıqlamada türk əsgərlərinin Mosul yaxınlığındakı düşərgədən çıxmayacağı halda İraqın Türkiyəni "işğalçı" hesab edəcəyini vurğulamaları gülüncdür. Elə tək ABŞ-ın İraqın qərbindəki Ənbar vilayətindəki Ayn əl-əsəd və Bağdadi hərbi bazaları, Mosulda isə Kayyara hərbi bazası olduğu məlum həqiqətdir. İran isə SEPAH-ın kifayət qədər ciddi birləşmələri ilə İraqda mövcudluğunu artıq təsdiq edib. Eyni zamanda 2014-cü ildən başlayaraq İraqın bir sıra ərazilərinin İŞİD tərəfindən ələ keçrilməsi ilə, rəsmi Bağdad İŞİD-lə mübarizə adı altında İranın təsiri altında olan radikal şiə qruplaşmalara öz qapılarını açdı. Məsələn, "Haşdi Şabi" adlı radikal anti-sünni qruplaşma buna misal ola bilər. Burada başqa ciddi məqam İraq rəsmilərinin bu tonda açıqlamalrını məhz niyə indi verməsi ilə bağlıdır. Mosulun demoqrafik vəziyyətinin dəyişilməsi Türkiyə üçün qırmızı cizgidir. Eləcə də İraqın sərhəd məntəqələrindən daim teror təhlükəsi gözlənilməsi rəsmi Ankaranı haqlı olaraq cavab tədbirləri görməyə vadar edir. Hər halda burada İran faktorunun önəmi var və Türkiyə-İran münasibətləri birmənalı şəkildə İraq siyasi iqtidarına da öz təsirini göstərmiş olur. Unutmaq olmaz ki, bu günki İraqdakı siyasi iqtidarın üzərində İranın ciddi təsir gücü var".
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırdı ki, İran Türkiyə ilə İraq arasında əlaqələrin normallaşmasında vasitəçi olmaq niyyətini açıqlayıb. Onun fikrincə, Türkiyənin İraqda hərbi iştirakına, xüsusilə Başikadan Türk silahlı qüvvələrinin çıxarılmasını və Mosulda hərbi əməliyyatlarda iştiraka etiraz edən Bağdad hakimiyyətinin arxasında İran dayanır. İran Bağdadın dili ilə Türkiyəyə mesajlarını verir. İraqda "Haşdi Şabi"şiə qüvvələrini İran yaradıb və bütün hərbi lojistik dəstəyi İran verir.Türkiyədə İrana bağlı olan bu qüvvələrin Mosulda hərbi əməliyyatlarda iştirakına haqlı olaraq etiraz edir. Mosula "Haşdi Şabinin"hücumu İranın nəzarəti deməkdir. İranın vasitəçi olmaq təklifi səmimi deyil. İraq baş naziri Türkiyəyənin qarşısına İrana bağlı "Haşdi Şabi"qüvvələri ilə çıxarsa, bu Bağdad hakimiyyətinin devrilməsi və Türkiyə İranın İraqda hərbi iştirakına son verəcək gücdədir. Təssüf ki, ABŞ hakimiyyəti ilə İranın Türkiyəyə qarşı siyasəti ortaq mövqedədir".
O əlavə etdi ki, Qərb Türkiyənin İraqda güclənməsini özünün burada öz strateji siyasətinə təhlükə hesab edir: "Çünki, enerji ehtiyatlarına malik olan Mosul və Kərkükün Türkiyənin nəzarətinə keçərsə Qərbin illərlə apardığı bu coğrafiyiya sahib olmasını əngəlliyər. Yaratmaq istədikləri Kürd dövlətinin qarşısını yalnız Türkiyə alır. Hazırda Türkiyə Baş Qərargah rəisi və MİT müstəşarı Rusiyadadır. Burda danışıqlarda İraqda Türkiyənin hərbi rolu müzakirə ediləcək və Rusiyanın dəstəyinə ehtiyac duyulacaq. Türkiyə ordusu İraq sərhədlərindədir. Hər vaxt sərhəddi keçib, əməliyyatlara başlaya bilər. Tükiyə Mosul və Kərükə nəzarəti götürmək istəyir. Həmçinin Mosul əməliyyatindan kənarda qalmayacağını qeyd edir. ABŞ əməliyyatları Bağdadla razılaşmasını gülünc olaraq irəli sürür . Hazırda Bağdad hakimiyyəti proseslərə nəzarət edəcək heç bir siyasi və hərbi gücü yoxdur. ABŞ və İran hakimiyyətindən aslıdır. 62 dövlətin ordusunun İraqda olmasına sükutla yanaşan baş nazir Abadinin bu açıqlamasının, öz mövqeyi olmadığını Türkiyədə çox gözəl bilir".

Əli Zülfüqaroğlu