Əli Kərimlinin mühacir biznesi... Siyasət

Əli Kərimlinin mühacir biznesi...

AXCP sədri Əli Kərimlinin "miqrant alveri" ətrafında ortaya çıxanlar faktlar bu gün də nəzərə çarpmaqda davam edir. Onu da xatırlatmaq yerinə düşərdi ki, bu məsələnin yayılmasına səbəblərdən biri Avropada olan miqratların davasıdır. Belə ki, Avropada olan azərbaycanlı miqrantlar şəxsi ədavətləri nəticəsində bir-birini ifşa etməyə başlayıblar. Onların mühacirətə necə getməsi haqqında olan sənədlər yayılır və bütün sənədlərdə isə Əli Kərimli imzası var. Məsələ o qədər qabarıq hal alıb ki, artıq "Yurd" sədri də məsələdən baş aça bilmir və bütün sübutları təkzib etməyə çalışır.
Ancaq özü də başa düşür ki, bu sübutları təkzib edə bilməyəcək. Uzun illərdir ənənəvi müxalifətin "lider" kreslosunu işğal edən və pafoslu çıxışlarla özünü "demokrat" kimi təqdim etməyə çalışan Əli Kərimlinin əslində hansı işlər gördüyü artıq hər kəsə bəllidir. İndi məlum olur ki, "Yurd" sədri mühacirətə göndərdiyi şəxslərə "müxalifətçi arayış"ını 3000 dollara satır. Bunu isə Əli Kərimlinin mühacirətə göndərdiyi şəxslər özləri deyir.
Qeyd edək ki, həmin arayışlar ölkə mətbuatına məhz Avropada yaşayan azərbaycanlılar tərəfindən göndərilib. Əli Kərimlinin rəhbərliyi ilə təşkil olunan mitinqlər də məhz mühacirətə göndərmək üçün "müştəri" axtarışı vasitəsidir. Məsələn, heç də təsadüfi deyil ki, bir neçə ay öncə təşkil olunan mitinqlərdə adının çəkilməsini istəməyən gənc fəal həmin aksiyada "hökumətə etiraz" etdiyini, desə də, "Milli Şura"nın mitinqinə qatılmaqda əsas məqsədinin etiraz olmadığını etiraf etmişdi.

"3000 manata arayış söz veriblər"

Beləliklə, bu şəxs artıq AXCP sədrinə inanmadığını deyərək, hələ də ona verilən vədin yerinə yetirilməsini gözləyir. SİTAT: "Əli Kərimliyə inanmıram. Bilirəm ki, hər zaman olduğu kimi yenə də hamını aldadacaq. Onun korrupsionerlərdən qətiyyən heç bir fərqi yoxdur. Sadəcə dostlarım dedi ki, get, mitinqdə iştirak elə, sonra səni Əli Kərimli xaricə göndərəcək. Mən də çalışıram ki, həmin arayışı alım və xaricə gedim. Dostum Əli Kərimlinin yanında olan adamdır. O, mənə vəd verib ki, rəhbərliklə danışıb və onlar mənə arayış verəcəklər. Dostum dedi ki, o arayışın qiyməti 3000 manatdır. Mən nə zaman o pulu ödəsəm arayışı verib məni xaricə göndərəcəklər".

Daha bir danılmazlıq

Əli Kərimli isə gah social şəbəkədə, gah da nəzarətində saxladığı AXCP-yə yaxın mətbu orqanlarda bu sübutları təkzib etməyə çalışır, ancaq bu cəhdləri işə yaramır. Çünki sübutlar çox ciddidir və bunları təkzib etmək mümkün deyil. "Yurd" sədri də bunu anlamağa başlayıb və hədəfi yayındırmağa çalışır. Ancaq ictimaiyyət hər şeyi görür və artıq Əli Kərimlinin dediklərinə heç kim inanmır. Əvvəllər bu kimi məsələləri "Yurd"un öz media quruluşları gündəmə gətirirdi və bununla da özlərinə müştəri yığırdılar. Ancaq artıq vəziyyət o yerə çatıb ki, "yurd"çuların özü belə Əli Kərimliyə etiraz edir. Yuxarıda da qeyd etdiyimiz kimi, yüksək məbləğlər qarşılığında, Əli Kərimlinn imzası ilə verilən arayışları məhz "yurdçu"lar yayır. Artıq onlarda Əli Kərimlinin əslində kimə və nəyə xidmət etdiyini görür, başa düşürlər.
Qondarma "siyasi mühacir" AXCP üzvü olduğunu desə də Əli Kərimlinin hansı partiyanın sədri olduğunu bilmir!
Bu arada Almaniyada yaşayan azərbaycanlı mühacirlərdən biri Kərimlinin "mühacir biznesilə" məşğul olduğunu sübut edən sənədlər göndərəcəyini bildirib. Mediada adının hallanmasını istəmədiyini bildirən azərbaycanlı mühacir bunu ölümlə təhdidi edilməsi ilə izah edir: "Əli Kərimlinin mühacir biznesinə nəzarət edən şəxslər əlimdə faktların olduğunu bilir və məni ölümlə hədələyir, şantaj edirlər. Ancaq yaxın zamanlarda bütün Azərbaycan ictimaiyyəti Əli Kərimlinin və onun adamlarının hansı işləri, hansı məbləğ qarşılığında gördüyünü biləcək". Göründyüü kimi, uzun zamandır müxalifətçi maskası altında gizələnən "Yurd" sədri artıq təkzibolunmaz faktlar qarşısında aciz qalıb.
Daha bir mühacir isə sonda Əli Kərimli tərəfindən aldadıldığını anlayaraq Azərbaycan Miqrasiya Mərkəzinin hazırda Almaniyada yaşayan rəhbəri Əlövsət Əliyevə müraciət edib. O, isə öz növbəsində qarşılaşdığı qəribə hadisə barədə social şəbəkədə status yazıb: "Bir həmvətənimiz məsləhət üçün ofisə gəlmişdi. Əvvəlcə Almaniyada olan vəkillərindən şikayət etdi, iki vəkil dəyişib, sonra isə problemini danışmağa başladı".
Müraciət edən şəxs bildirib ki, müxalif partiyanın üzvüdür. İki ildir ki, Almaniya hökuməti ona qaçqın statusu vermir. İmtina qərarı alandan sonra birinci məhkəməsini uduzub: "Şəxs bildirdi ki, qəzetdə müxalifətçi olmağı haqqında yazı da çap olunub. Amma alman hökuməti baxmır. Qəzetə baxdım, 7 ildir nəşr olunur və həmin yazı çap edilənə qədər cəmi 106 sayı cap olunub. Bu isə o deməkdir ki, sözügedən qəzet ancaq belə yazıları çap etmək üçün nəşr edilir. Soruşdum ki, hansı müxalifət partiyasının üzvüsən və partiya üzvlüyünü təsdiq edən vəsiqən varmı? Cavab verdi ki, Əli Kərimlinin partiyasının üzvüyəm, amma vəsiqəm yoxdur. Dedim ki, Əli bəy hansı partiyanın sədridir? Cavab verdi ki, Yeni Azərbaycan Partiyasının..."
Göründüyü kimi, Kərimçlinin konveyrindən çıxan "siyasi mühacir" və "dissidentlər" hətta adi siyasi bilgilərlə belə məlumatlı deyillər. Artıq bu kifayət qədər özünü təsdiq edir. Bu zaman növbənin hüquq-mühafizə orqanlarında olduğunu güman etmək yerinə düşmüş proqnoz olardı.