Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
9 Avqust 2024 13:33
3 983
Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək.
Bu barədə APA-ya Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi ümumvətəndaş pasport sahibləri üçün vizadan azad edilməyə dair sazişin 28 avqust 2024-cü il, çərşənbə günü rəsmi olaraq qüvvəyə minəcəyini elan etməkdən məmnuniyyət duyur.
Göstərilmiş tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Məraakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman eyni vizasız imtiyazlardan yararlanacaqlar. Bu viza azadlığının Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və biznes mübadiləsini əhəmiyyətli dərəcədə artırması gözlənilir.
Diqqətəlayiqdir ki, avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü (28 avqust 1992-ci il) də qeyd olunur. Vizasız rejimin tətbiqinin bu tarixdə olması da bu iki ölkəni birləşdirən qardaşlıq münasibətlərinin dərinləşməsinə olan qarşılıqlı sadiqliyin sübutudur.
Daha çox məlumat üçün əlaqə saxlayın: +994 12 480 2544
15 Sentyabr 22:46
616
15 Sentyabr 19:06
784
15 Sentyabr 18:54
1 134