"Azərbaycan ordusu xəyalpərəst erməniləri gerçək dünyaya qaytarmağı yaxşı bilir" Siyasət

"Azərbaycan ordusu xəyalpərəst erməniləri gerçək dünyaya qaytarmağı yaxşı bilir"

Ermənistan rəhbəri Paşinyanın son çıxışı erməni məkri və hiyləgərliyinin dünya ictimaiyyətini regional hadisələrin mahiyyəti ilə manipulyasiya etmək cəhdi kimi dəyərləndirilməlidir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Paşinyanın Azərbaycanın İtaliyadan silah-sursat almasını iddia etməsi, hansı ki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb ki, bu da silah deyil, Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən silah alan Ermənistanın gizli planlarının mahiyyətini açır.

Silahlanmaya ehtiyac olmadığı halda öldürücü silahların alınması xoş niyyətdən xəbər vermir:

"Paşinyan yalandan deyir ki, guya Azərbaycan ÜDM-in 17 faizini hərbi məqsədlərə xərcləyir. Görünən odur ki, erməni Baş nazir Azərbaycana şər atmaqla hansı dövlətlə söz güləşdirdiyini unudub.

Kimin qalib, kimin məğlub ölkə olduğu gerçəyi yadından çıxıb. Qalib Azərbaycan ÜDM-nun 4 faizini hərbi xərclərə ayırır. Avropada bu bir faiz idi, indi iki faiz olması üçün tələblər qoyulur. Ermənistanda isə bundan dəfələrlə artıqdır.

Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur. Ermənistan görünür ki, bu dəfə qat-qat çox hərbi büdcə ilə yeni xam xəyallara düşüb.

Azərbaycan ordusu xəyalpərəst erməniləri gerçək dünyaya qaytarmağı yaxşı bilir".

Cavid