3 Sentyabr 2024 13:29
3 661
“Ermənilər bu günlərdə yenidən ötən ilin sentyabrında tarixin zibilliyinə atılmış qondarma rejimi yada salıblar. Qərbdə bəzi çevrələr hələ də “ermənilərin qayıdışına” ümid edirlər. Bundan öncə Samvel Şahramanyan qondarma rejimin hələ də fəaliyyət göstərdiyini bildirmişdi. Ən yaxşı müdafiə hücumdur. Tarixi torpaqlarımızın qaytarılması uğrunda mübarizə genişlənməlidir. Qərbi Azərbaycana qayıdış məsələsini bütün platformalarda gündəmə gətirməliyik”.
Bu sözləri "Xalq Cəbhəsi"nə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, yeni seçilmiş parlament Qərbi Azərbaycan məsələsinə xüsusi yanaşma sərgiləməlidir: “Yaxşı olar ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yardılsın. Sülh müqaviləsi imzalanmsa belə tarixi torpaqlarımıza qayıdış məsələsini arxa plana atmamalıyıq”.
Elman Cəfərli bildirib ki, ermənilərin hər il sentyabrda fəallaşması təsadüfi deyil: “Xain qonşularımız son 30 ildə ən ağır zərbəni sentyabr ayında alıblar. Ermənistanın diz çökməsi ilə, torpaqlarımızın işğaldan azad edilməsi ilə sonuclanmış 44 günlük Vətən müharibəsi məhz bu ayda başlanmışdı. 30 il bölgəni inkişafdan saxlamış Qarabağ müqaqişəsi məhz sentyabr ayında tarixin arxvinə verildi. Ötən ilin 19 sentyabrında 23 saatlıq lokal anti-terror əməliyyatı zamanı erməni ordusunun qalıqları, qondarma rejimin terrorçu dəstələri Qarabağdan çıxarıldı.
Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran Azərbaycanın nəzarətinə keçdi. Özünü buraxmış qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın sərsəm açıqlamaları göstərir ki, bəzi çevrələr bədbəxt erməni xalqını yeni bəlalara sürükləmək istəyirlər. Bir şeyi unudurlar ki, hər hansı revanşı cəhdinə Azərbaycanın cavabı daha sərt olacaq. Unutmasınlar ki, “Dəmir yumruq” yerindədir”.
Cavid
13 Mart 23:03
1 400
13 Mart 20:26
1 806
13 Mart 20:16
1 638