Tramp Hörmüz boğazının "açıldığını" elan edib Gündəm

Tramp Hörmüz boğazının "açıldığını" elan edib

ABŞ Prezidenti Donald Tramp Çin və "bütün dünya" naminə Hörmüz boğazını "əbədi olaraq" açdığını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə paylaşım onun Truth Social səhifəsində yer alıb.

"Çin Hörmüz boğazını əbədi olaraq açmağıma görə çox şaddır. Mən bunu həm onlar, həm də bütün dünya üçün edirəm. Belə bir vəziyyət bir daha heç vaxt təkrarlanmayacaq. Onlar İrana silah tədarük etməməyə razılaşdılar", — deyə Tramp yazıb.

Paylaşımın sonunda Tramp hədələyici tonda əlavə edib:

"Məgər bu, müharibə etməkdən daha yaxşı deyil??? Amma unutmayın, əgər lazım gələrsə, biz müharibə etməyi də çox yaxşı bacarırıq — hər kəsdən qat-qat daha yaxşı!!!"

Məryəm Quliyeva