13:25
861
Çin lideri Si Cinpinlə görüşdə Yaxın Şərqdəki münaqişə, Avropa İttifaqının militarizasiyası, eləcə də NATO daxilindəki böhran müzakirə olunub.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Çinə səfərinin yekunları ilə bağlı danışarkən bildirib.
O, Rusiya ilə Çinin ABŞ və İran arasında sülh danışıqlarının davam etdirilməsini dəstəklədiyini və dəstəkləməyə hazır olduqlarını qeyd edib: "Rusiya və Çinin ABŞ-ın "aqressiv avantüralarından" asılı olmaması üçün hər cür imkanı var".
Lavrov ölkəsinin ABŞ ilə münasibətlərindən də danışıb. O bildirib ki, Rusiya ABŞ ilə investisiya əməkdaşlığını bərpa etmək istəyir: "Rusiya ilə ABŞ arasında münasibətlər dondurulmayıb və bəzi əlaqələr ictimaiyyətə açıq şəkildə müzakirə olunmur".
O, Ukrayna münaqişəsinə də toxunub. XİN rəhbəri vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır.
Lavrov Rusiyanın Kubaya siyasi, iqtisadi və humanitar dəstək göstərməyə davam edəcəyini də bildirib.
Ölkəsinin Avropa İttifaqı ilə olan gərginlikdən danışan Rusiya XİN başçısı Avropanın militarizasiyasının "çox sürətli və güclü şəkildə" davam etdiyini deyib.